Hostinq
Sürətli serverlər, pulsuz SSL və gündəlik ehtiyat nüsxə. Texniki dəstək birbaşa məndən.
Veb saytınız üçün sürətli, stabil və təhlükəsiz server mühiti təqdim edirəm. Hostinq xidmətində əsas məqsəd yalnız saytınızı serverdə yerləşdirmək deyil, onun fasiləsiz işləməsini, məlumatların qorunmasını və lazım olduqda bərpa edilə bilməsini təmin etməkdir.
Saytlar müasir server infrastrukturu üzərində yerləşdirilir və resurslardan optimal istifadə etməsi üçün uyğun mühit təmin olunur. Pulsuz SSL sertifikatı sayəsində sayt ilə istifadəçi arasındakı məlumat mübadiləsi şifrələnir və sayt HTTPS üzərindən təhlükəsiz şəkildə fəaliyyət göstərir.
Təhlükəsiz ehtiyat nüsxələr
Sayt məlumatlarının qorunması hostinq xidmətinin ən vacib hissələrindən biridir. Buna görə saytların və verilənlər bazalarının müntəzəm ehtiyat nüsxələri yaradılır və mümkün texniki problem, məlumat itkisi və ya səhvən silinmə halında məlumatların bərpasına imkan yaradılır.
Backup sistemi yalnız faylların deyil, layihədən asılı olaraq verilənlər bazalarının və digər vacib məlumatların da qorunmasını nəzərdə tutur.
Təhlükəsizlik
Server səviyyəsində təhlükəsizlik tədbirləri tətbiq olunur və hostinq mühiti zərərli fəaliyyətlərə, icazəsiz giriş cəhdlərinə və digər təhlükələrə qarşı qorunur.
SSL, server təhlükəsizliyi, istifadəçi girişlərinin qorunması və müntəzəm yeniləmələr saytın daha təhlükəsiz mühitdə fəaliyyət göstərməsinə kömək edir.
Sürət və stabil işləmə
Saytların sürətli açılması istifadəçi təcrübəsi və axtarış sistemlərində texniki göstəricilər baxımından vacibdir. Server resursları layihənin ehtiyaclarına uyğun şəkildə təqdim edilir və saytın stabil işləməsi üçün optimallaşdırılmış hosting mühiti yaradılır.
Texniki dəstək
Hostinq ilə bağlı texniki məsələlərdə dəstək birbaşa məndən təqdim olunur. Saytın serverə yerləşdirilməsi, domen və DNS yönləndirmələri, SSL, e-poçt, verilənlər bazası və digər texniki məsələlər üzrə yardım göstərilir.
Hostinq xidmətinin əsas məqsədi: saytınız üçün sürətli, təhlükəsiz, stabil və ehtiyac yarandıqda bərpa oluna bilən etibarlı server mühiti yaratmaqdır.