Haqqımda

Ana səhifə/Haqqımda
İşinizi internetə mən daşıyıram
Haqqımda

İşinizi internetə mən daşıyıram


Mən Elvin Şiriyev. 2010-cu ildən veb sahəsində fəaliyyət göstərirəm. İlk veb saytımı 2010-cu ildə özüm üçün yaratdım və həmin vaxtdan bu sahəyə olan marağım zamanla peşəkar fəaliyyətə çevrildi.

2012-ci ildən etibarən DenizDesign.az adı altında veb layihələrin hazırlanması ilə məşğulam. Bu illər ərzində komandamızla birlikdə 500-dən çox veb sayt və müxtəlif rəqəmsal layihə hazırlamışıq.

Bu gün fəaliyyətim yalnız veb sayt hazırlamaqla məhdudlaşmır. Mən həm proqramçı, veb developer, sistem və server mütəxəssisi kimi çalışıram. Bu da mənə layihəyə yalnız dizayn və proqramlaşdırma tərəfindən deyil, onun server, təhlükəsizlik, hostinq və texniki tərəflərini də bütöv şəkildə düşünməyə imkan verir.

-Saytları hazır şablonlarla deyil, sıfırdan hazırlayırıq

Bizim üçün hər layihə özünəməxsusdur. Hazır şablonu götürüb üzərində bir neçə dəyişiklik etməyi veb proqramlaşdırmanın əsas yanaşması hesab etmirik.

Mən və 5 nəfərdən ibarət komandam layihələri sıfırdan hazırlayırıq. Layihənin strukturu, dizaynı, funksiyaları, verilənlər bazası və idarəetmə sistemi konkret müştərinin ehtiyaclarına uyğun qurulur.

İş prosesində PHP, MySQL, JavaScript, HTML5, CSS3, AJAX, API inteqrasiyaları və layihənin ehtiyacından asılı olaraq digər texnologiyalardan istifadə edirik.

Hazırladığımız layihələrə korporativ veb saytlar, e-commerce sistemləri, elan platformaları, xüsusi PHP sistemləri, admin panellər, CRM və billing sistemləri, API əsaslı layihələr və fərdi funksiyalara malik veb tətbiqlər daxildir.

-Saytın hazırlanması ilə işimiz bitmir

Mənim üçün müştəriyə saytı təhvil verib işi bitmiş hesab etmək düzgün yanaşma deyil.

Hazırladığımız layihənin sonrakı texniki fəaliyyətinə də cavabdehlik daşıyırıq. Saytda problem yarandıqda, texniki nasazlıq baş verdikdə və ya sistemlə bağlı hər hansı məsələ ortaya çıxdıqda mümkün qədər problemin səbəbini müəyyən edib həllinə kömək edirəm.

Müştərinin sonradan layihəsinə yeni funksiya əlavə etmək istəməsi də normaldır. Yeni modul, əlavə səhifə, ödəniş sistemi, fərqli inteqrasiya və ya xüsusi funksionallıq lazım olduqda layihə üzərində yenidən işləyərək sistemi inkişaf etdirmək mümkündür. Əlavə funksiyalar layihənin həcminə uyğun ayrıca razılaşdırılır.

Məqsədim sadəcə bir dəfə sayt hazırlamaq deyil, ehtiyac yarandıqca inkişaf etdirilə bilən və uzun müddət istifadə oluna bilən sistem qurmaqdır.

-Hostinq və server tərəfi

Veb layihənin hazırlanması qədər onun harada və necə işləməsi də vacibdir.

Bu səbəbdən fəaliyyətimin digər istiqaməti DenizHost.az hostinq və server xidmətləridir. Linux hostinq, WordPress hostinq, reseller hostinq, VPS, VDS, domen və korporativ server həlləri təqdim edirik.

Server infrastrukturu, hostinq mühiti, təhlükəsizlik, ehtiyat nüsxələr, domen və DNS yönləndirmələri kimi texniki məsələləri də layihənin ümumi strukturunun bir hissəsi kimi nəzərdən keçirirəm.

DenizHost.az 01.07.2025-ci il tarixindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçmiş hostinq provayderidir. Bildiriş nömrəsi: 00182.

Beləliklə, müştəri üçün yalnız saytın kodunu deyil, həmin saytın internetdə fəaliyyət göstərməsi üçün lazım olan domen, hostinq, server və digər texniki tərəfləri də bir yerdən təşkil etmək mümkündür.

-Mənim üçün iş prinsipi

İllər ərzində başa düşdüyüm əsas məqamlardan biri budur ki, yaxşı layihə yalnız yaxşı koddan ibarət deyil.

Müştərinin nə istədiyini düzgün anlamaq, görüləcək işi əvvəlcədən aydınlaşdırmaq, razılaşdırılmış işi düzgün yerinə yetirmək və sonradan yaranan məsələlərdə müştərini tək buraxmamaq mənim üçün vacibdir.

Dürüstlük, məsuliyyət və uzunmüddətli əməkdaşlıq iş prinsipimin əsasını təşkil edir.

Müştərinin texniki biliyinin olub-olmaması mənim üçün problem deyil. Mənim işim yalnız kod yazmaq deyil, lazım gəldikdə texniki məsələləri izah etmək və layihənin düzgün işləməsi üçün lazım olan həlli tapmaqdır.

-Bu gün

Bu gün DenizDesign ilə veb layihələr hazırlayır, DenizHost ilə hostinq, domen və server xidmətləri təqdim edirəm.

Mənim üçün hər yeni layihə sadəcə növbəti sifariş deyil. Hazırlanan sistemin real istifadədə rahat, təhlükəsiz, sürətli və inkişaf etdirilə bilən olması əsas məqsəddir.

2010-cu ildən başlayan bu yol bu gün də davam edir.

Burada məqsədim dəyişməyib:
işinizi internetə daşımaq və onu texniki olaraq düzgün qurmaq.

Elvin Şiriyev
Veb Developer · Proqramçı · Sistem və Server Mütəxəssisi


500+Hazırladığım veb sayt
14 ilTəcrübə
24/7Dəstək
Nə təklif edirəm

Xidmətlərim

Hostinq

Sürətli serverlər, pulsuz SSL və gündəlik ehtiyat nüsxə. Texniki dəstək birbaşa məndən.

Ətraflı

Saytınız haqqında danışaq

Yazın, bir gün ərzində qiymət və müddəti deyim.